ZALIMIN ZALIMI OLMAQ
ZAMANIN SINAĞINDAN ÇIXMAQ
OBASTAN VİKİ
Əl-ələ tutmaq
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
Zamanın bölünməsi
İnformasiyanın vaxtında bölüşdürülməsi çoxsaylı işlərin köməyi ilə istifadəçilər arasında resursların paylaşılmasına verilən adadır. 1960-cı illərdə yaranmış və 1970-ci illərdən bəri geniş yayılmış vaxt mübadiləsi bir kompüterdə işləyən istifadəçilərin sayına məhdudiyyət qoymuş və interaktiv proqramları yazmağı asanlaşdırmışdır. Vaxtın mübadiləsi müasir əməliyyat sistemlərinin tərkib hissəsidir.
Zamanın keşikçiləri
Zamanın keşikçiləri (ing. Guardians of Time) — Avstriya heykəltaraşı Manfred Kielnhofer tərəfindən işlənmiş incəsənət layihəsidir. "Zamanın keçikçiləri" incəsənət layihəsi insanlığın qəribə obrazlar tərəfindən izləndiyinə və qorunduğuna inanan heykəltaraş Manfred Kielnhofer tərəfindən yaradılmışdır. Dizayner və fotoqrafı həmişə insanın insanlıq üçün potensial təhlükə mənbəyi olması ideyası maraqlandırmışdı. Zaman keşikçiləri"ni yaratmışdı. Heykəllər rahibləri xatırladır. Sənətkar insan formasını həm kətan üzərində həm də heykəllərdə alət kimi istifadə edir. Növbəti illərdə Kielnhoferin keşikçiləri müxtəlif şəhərlərin tarixi abidələri, qəsrlər, meydanlar və parklarda sərgilənmişdir. Onlar şimal ölkələri boyunca səhayət edərək bir çox sərgilərin tərkib hissəsi olmuşlar. Öz əsərlərində Manfred Kielnhofer insanlığın daimi təhlükəsizlik arzusunu ifadə edir.
Zamanın qumları
Zamanın qumları (ing. The Sands of Time) — Sidni Şeldonun 1988-ci ildə yazdığı romandır. Sidney Sheldon, The Sands of Time, published by Grand Central Publishing (1988) ISBN 978-0-446-35683-1.
Zamanın ruhu
Zeytgeyst (alm. "zeitgeist" — zamanın və ya dövrün ruhu) — müəyyən dövrə məxsus düşüncə tərzini müəyyən edən və standartlaşdıran intellektual moda və ya hegemon düşüncə ənənəsidir. Məsələn, 20-ci əsrin arxitekturasına və digər incəsənət sahələrinə modernizm ideyaları mühüm təsir göstərmişdir. Zeytgeyst termini filosof Hegelin adı ilə əlaqələndirsələr də, o heç vaxt bu termindən istifadə etməmişdir. O tarix üzrə mühazirələrində Geist seiner Zeit (öz dövrünün ruhu) ifadəsini işlətmişdir. O yazırdı ki, heç kim öz dövründən irəliyə düşünə bilməz, çünki həmin dövrün ruhu elə insanın ruhudur. Bu cür ideyaları Qerder, Spenser və Volter kimi filosoflar da səsləndirmişlər.
Zamanın təhrifi
Zamanın təhrifi və ya zamanın distorsiyası (ing. tachypsychia) — zamanın həqiqi ölçüsündən asılı olmayaraq, insan zamanın uzandığını və ya daraldığını hiss edə biləcəyi zaman onun qavrayışındakı dəyişikliyi ifadə edən psixoloji termin. Zaman yavaşladıqda, hərəkət edən obyektlərin bulanıqlaşması kimi optik illüziyalar yarana bilər . Zamanın təhrifi keçmişin və ya gələcəyin təhrif olunmuş qavrayışına səbəb ola bilər. Bəzən bu şüursuz şəkildə baş verir. Qavrayışdakı dəyişikliklərin səbəbi çox vaxt psixoloji travma, fiziki fəaliyyət, psixi vəziyyətə və şüura təsir edən maddələrin istifadəsidir. Zamanın distorsiyasının ayrıca bir fenomen kimi müəyyənləşdirilməsi nisbətən son dövrlərdə başlamışdır. Psixoloq Paul Fress 1978-ci ildə yazırdı ki, stresli vəziyyətdə yaşanan vaxtın həddən artıq qiymətləndirilməsi baş verir və bunda affektiv vəziyyət həlledici rol oynayır . Bəzi psixoloqlar fərdin psixoloji vaxtı kimi kateqoriyanı müəyyən edir , zamanın qavranılmasının subyektivliyini qeyd edirlər. Qeyri-elmi mühitdə, eyni zamanda, vaxtın fərdi olaraq qəbul edildiyi, həmçinin stresli bir vəziyyətdə bir çox insanın təhrif - uzadılmış vaxtı hiss etdiyi barədə ümumi bir fikir var.
Zamanın səhvi
Zamanın səhvi (ing. Time Lapse) — rejissor Bredli Kinqin çəkdiyi elmi fantastika janrında olan filmdir. Filmdə baş rolları Daniel Panabeyker, Metyu O'Liri və Corc Finn canlandırmışdır. Filmin premyerası 18 aprel 2014-cü ildə Brüssel fantastik filmlər festivalında baş tutmuşdur. Filmin Rusiyada premyerası isə 19 sentyabr 2014-cü ildə baş tutmuşdur. == Süjet xətti == Fin, Kelli və Casper yaşayış kompleksinin xudmani mənzilində yaşayan üç dostdur. Fin komendant işləsə də, həyatını rəssamlığa həsr etmək istəyən bir oğlandır. Kelli hekayələr yazsa da, ofisiant işləməyə məcbur olan bir qızdır. Casper isə varlanmaq sevdası ilə mərc oyunlarına aludə olmuş biridir. Dostlar günlərin bir günü müəmmalı şəkildə yoxa çıxmış qonşu professorun mənzilində nəhəng fotoaparat aşkarlayırlar.
Zeytgeyst (zamanın ruhu)
İtirilmiş zamanın axtarışında
İtirilmiş zamanın axtarışında — Marsel Prust həyatının son 17 ilində yazdığı nəhəng romandır. Roman ümumilikdə 4215 səhifədən ibarətdir. XX əsr ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur.
Zamanın idarə olunması
Zamanın idarə edilməsi, vaxtın təşkili, taym-menecment (ing. time management) — vaxtın təşkili və ondan istifadənin səmərəliliyinin artırılması texnologiyasıdır. Zamanın idarə edilməsi — səmərəliliyi və məhsuldarlığı xüsusi olaraq artıran bir şəkildə xüsusi fəaliyyətlərə sərf olunan vaxta şüurlu nəzarəti öyrətmək aktı və ya prosesidir. Zamanın idarə edilməsi xüsusi tapşırıqları, layihələri və məqsədləri yerinə yetirərkən istifadə etmək üçün bir sıra bacarıqlar, alətlər və üsullar əldə etməyə kömək edə bilər. Bu anlayış geniş fəaliyyət spektrini əhatə edir, yəni: planlaşdırma, bölgü, məqsədin təyini, nümayəndə heyəti, vaxtın təhlili, monitorinq, təşkili, siyahıya alınması və prioritetləşdirmə. Əvvəlcə idarəetmə yalnız biznes və ya iş fəaliyyətinə aid edilirdi, lakin zaman keçdikcə bu termin eyni əsasla şəxsi fəaliyyətləri əhatə etməklə genişləndi. Zamanı idarəetmə sistemi proseslərin, alətlərin, texnika və metodların məcmusudur. Ümumiyyətlə, zamanın idarə edilməsi hər hansı bir layihənin inkişafında zəruridir, çünki o, layihənin tamamlanma vaxtını və həcmini müəyyən edir.
2067: Zamanın ilgəyi
2067: Zamanın ilgəyi (ing. 2067 ) — baş rollarda Kodi Smit-Makfi və Rayan Kvantenin oynadığı 2020-ci ildə istehsal edilmiş Avstraliyanın elmi fantastika triller filmidir. Filmin premyerası 2 oktyabr 2020-ci ildə baş tutmuşdur. Film kino tənqidçilərindən mənfi rəylər almışdır.
Zamanın və məkanın fəlsəfəsi
Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər.
Zamanın Əsas Yolu (1977)
Fars şahzadəsi: Zamanın qumları
Fars Şahzadəsi: Zamanın qumları (ing. Prince of Persia: The Sands of Time) — Mayk Nyuell tərəfindən çəkilən ABŞ filmidir. Film ilk dəfə olaraq 9 may 2010-cu il tarixində London premyerasında göstərilmişdir. == Məzmun == Gənc şahzadə Dastan hər zaman döyüşlərdə düşmənlərinə qalib gəlmiş, lakin məkrli saray xadiminin fitnə-fəsadı nəticəsində şahlığından məhrum olmuşdur. İndi Dastan vaxtı geri qaytara biləcək və öz sahibini dünya hökmranı edəcək qüdrətli və eyni zamanda sehrli bir əşyanı canilərdən oğurlamalıdır. Düşmənlərini dəf etməkdə ona soyuq silahla davranışın incəliklərinə yiyələnmə bacarığı və qeyri-adi akrobatika və ekvilibristika qabiliyyəti yardım edəcəkdir.
Zamanın əsas yolu (film, 1977)
Fars Şahzadəsi: Zamanın qumları (film, 2010)
Fars Şahzadəsi: Zamanın qumları (ing. Prince of Persia: The Sands of Time) — Mayk Nyuell tərəfindən çəkilən ABŞ filmidir. Film ilk dəfə olaraq 9 may 2010-cu il tarixində London premyerasında göstərilmişdir. == Məzmun == Gənc şahzadə Dastan hər zaman döyüşlərdə düşmənlərinə qalib gəlmiş, lakin məkrli saray xadiminin fitnə-fəsadı nəticəsində şahlığından məhrum olmuşdur. İndi Dastan vaxtı geri qaytara biləcək və öz sahibini dünya hökmranı edəcək qüdrətli və eyni zamanda sehrli bir əşyanı canilərdən oğurlamalıdır. Düşmənlərini dəf etməkdə ona soyuq silahla davranışın incəliklərinə yiyələnmə bacarığı və qeyri-adi akrobatika və ekvilibristika qabiliyyəti yardım edəcəkdir.